Məzmuna keçin

E-Customs

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) daşıyıcı şirkətlər üçün nəzərdə tutulmuş Carriers V4 API-si üçün Integrify inteqrasiyası.

Bu inteqrasiya məxfidir

integrify-ecustoms paketi ictimai deyil və PyPI-a dərc olunmur. DGK-nın Carriers V4 API-si daşıyıcı şirkətlərlə bağlanan müqavilə əsasında verildiyi üçün, paketin kodu və sənədi yalnız girişi olan komandalar üçün açıqdır.

Nə edir?

Daşıyıcı şirkətin anbarına daxil olan bağlamaların DGK-da qeydiyyatını, vətəndaş bəyannamələrinin alınmasını və gömrük əməliyyatlarının izlənməsini avtomatlaşdırır: bağlamanın bildirilməsi → bəyannamənin alınması və təsdiqlənməsi → qutuya yığılma → depeş → gömrük əməliyyatlarının izlənməsi.

Digər inteqrasiyalar kimi eyni integrify namespace-ini paylaşır:

from integrify.ecustoms import ECustomsClient      # məxfi paket

Giriş

Paketə giriş üçün DGK ilə daşıyıcı müqaviləniz olmalıdır. Müraciət üçün: Integrify-SDK komandası ilə əlaqə saxlayın.

Giriş verildikdən sonra paket birbaşa məxfi repodan quraşdırılır:

[tool.uv.sources]
integrify-ecustoms = { git = "ssh://git@github.com/integrify-sdk/integrify-ecustoms.git", tag = "v1.0.0" }

Sorğuların tam siyahısı, mühit dəyişənləri və API referansı həmin reponun daxili sənəd saytındadır.